İsrailin Qəzza zolağının mərkəzində yerləşən Əl-Maqazi qaçqın düşərgəsinə hücumu nəticəsində azı 70 nəfər həlak olub.
Azreform.info xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.
CNN-in sorğusuna cavab olaraq, ÇAXAL düşərgədəki insidentlə bağlı xəbərləri araşdırdıqlarını bildiriblər.
“Qəzzanın yaşayış məntəqələrində fəaliyyət göstərən HƏMAS terrorçularının yaratdığı çətinliklərə baxmayaraq, İsrail ordusu mülki şəxslərə dəyən zərəri minimuma endirmək üçün əməli addımlar atmaq da daxil olmaqla, beynəlxalq hüquqa riayət etməyə sadiqdir”, - ÇAXAL-dan bildirilib.
Mürtəza
Azreform.info