Belqradda administrasiya binasına basqın: Prezident xalqa müraciət etdi

25
Dek
2023
00:21

Dekabrın 18-də axşam saatlarında Belqradın mərkəzində Respublika Seçki Komissiyasının binası yaxınlığında silsilə mitinqlərə başlayan “Serbiya zorakılığa qarşı” müxalifət blokunun tərəfdarları şəhər administrasiyasının binasına daxil olmağa çalışıblar.

Azreform.info xəbər verir ki, nümayişçilər qapını yerindən çıxarmaq üçün bayraq dirəyindən istifadə edib, həmçinin pəncərəni sındırıb, binaya daş və pivə qutuları atmağa başlayıblar.

Eyni zamanda müşahidə kameralarını da məhv edilib. Bundan əlavə, iğtişaşçılar məşəllərdən istifadə edirlər.

Serbiya Prezidenti Aleksandr Vuçiç xalqa təcili müraciəti zamanı deyib ki, Belqrad şəhər administrasiyasının binasını ələ keçirmək cəhdi inqilab deyil, Serbiya hüquq-mühafizə orqanları vəziyyətə tam nəzarət edir.

"Serbiya vətəndaşları, sizə demək istəyirəm ki, vəziyyət dramatik olsa da, narahat olmayın. Heç bir inqilab baş vermir. Biz təsadüfi nümayişçilərin heç birinə zərər verməmək üçün çalışırıq”, - deyə prezident vurğulayıb.

Onun sözlərinə görə, xarici kəşfiyyat xidmətləri iğtişaşların hazırlanması və Belqrad şəhər administrasiyasının binasını müxalifət tərəfdarları tərəfindən ələ keçirmək planları barədə Serbiya təhlükəsizlik qüvvələrini əvvəlcədən məlumatlandırıb:

“Biz bir neçə gündür ki, xarici faktorla, baş verənlərlə bağlı xəbərdarlıq edirik. Çoxları özlərini sadəlövh kimi göstərdilər və baş verənləri eşitmək və ya görmək istəmədilər. Tam olaraq nə hazırlandığını bildiklərini və vaxtında cavab verən və hücum edənlərin nə planlaşdırdıqlarını dəqiq bilən kəşfiyyat xidmətlərimizə məlumat verən xarici xidmətlərə təşəkkür edirik”.