Nikaraquanın mərkəzində, Mataqalpa departamentinin Manseras bələdiyyəsi yaxınlığında içərisində təxminən 70 nəfərin olduğu sərnişin avtobusu aşıb.
Qəza nəticəsində 19 nəfər həlak olub, 43 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə yaralanıb.
Avtobus Mataqalpa - Vaslala marşrutu üzrə hərəkət edib.
İlkin məlumata görə, avtobusun aşmasına səbəb nəqliyyat vasitəsinin körpünün hasarına çırpılması olub.