İsrail ordusu Qəzza zolağının mərkəzi hissəsində əməliyyatları 4 saatlıq dayandırıb.
Azreform.info xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin qərargahı məlumat yayıb.
Humanitar atəşkəs qərarı mülki əhalinin qida və suya tələbatını ödəmək üçün atılıb.
Belə ki, bu gün Bakı vaxtilə saat 12.00-16.00 arasında Əl-Baraka rayonunda döyüşlərə fasilə verilib.