İsrailin Qəzzada səkkiz hərbi qulluqçusu ölüb

24
Dek
2023
12:14

İsrail ordusu Qəzza zolağında radikal Fələstinin HƏMAS hərəkatı ilə döyüşlər zamanı daha 8 əsgərinin öldüyünü bildirib.

Azreform.info ” xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat verib.

Məlumata görə, onların hamısı son 24 saat ərzində Fələstin anklavının mərkəzi hissəsində baş verən silahlı toqquşmalar zamanı həlak olub.

Yeni məlumatlar nəzərə alınmaqla Qəzza zolağında quru əməliyyatı zamanı hərbi itkilərin sayı 152-yə çatıb. Fələstin-İsrail münaqişəsinin yeni mərhələsi başlayandan indiyədək həlak olan əsgər və zabitlərin ümumi sayı artıq 485 nəfərdir.