Şmidtin qəbri üzərinə nasist simvolları çəkildi

24
Dek
2023
10:49

Almaniyanın keçmiş kansleri Helmut Şmidtin (1974-1982) Hamburq qəbiristanlığındakı məzarı üzərinə naməlum şəxslər nasist simvolları çəkiblər.

Azreform.info xəbər verir ki, bu barədə DPA agentliyi yerli polisin nümayəndəsinə istinadən məlumat yayıb.

Məlumata görə, hadisə cümə günü axşam saatlarında baş verib. Şənbə günü Şmidtin anadan olmasının 105 illiyi tamam olub.

Hadisənin başvermə şəraiti və həmin şəxslərin kimliyi hələlik müəyyən edilməyib. Qəbir daşı təmizlənib.