Bildiyimiz kimi, müxtəlif xalqları dünya üzrə məşhurlaşdıran onların zəngin təbiəti, təbii sərvətləri və mədəniyyət inciləri ilə yanaşı, həm də onların dünya siyasətində mühüm rol oynayan şəxsiyyətləridir. Azərbaycan xalqının da tarixində taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan bir sira tarixi şəxsiyyətlər, görkəmli siyasət və dövlət xadimləri olmuşdur. Bu şəxslər müxtəlif zamanlarda gördükləri böyük işlərə görə xalqımızın tarixində əbədiyyət qazanmışlar. Belə nadir şəxsiyyətlərdən biri, müasir müstəqil Azərbaycan dövlətinin banısı Ümummilli lider Heydər Əliyev irsinin layiqli davamcısı, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevdir.
İlham Heydər oğlu Əliyev 1961-ci il dekabr ayının 24-də Bakı şəhərində Azərbaycan xalqının Ümummilli lideri, uzaqgörən və ağıllı siyasətçi Heydər Əliyevin və bütün dünya qadınlarına nümunə ola biləcək nurlu sima, böyük oftolmoloq-alim Zərifə Əliyevanın ailəsində dünyaya göz açmışdır.
Orta təhsilini 1967-1977-ci illərdə Bakə şəhərində 6 saylı orta məktəbdə almışdır. Məktəbi bitirən zaman onun 15 yaşı var idi və ali təhsil ocağına müraciət etmək üçün altı aydan sonra 16 yaşına çatacağı barədə arayış təqdim etməli idi. Beləliklə, o, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna qəbul olunmuş və 1977-1982-ci illərdə orada təhsil almışdır. Moskva şəhərində təhsil alan ən məşhur azərbaycanlılardan biri də Dövlət başçımız İlham Əliyevdir. Hal-hazırda Prezident İlham Əliyevin tələbə biləti Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun muzeyini bəzəyir.
1982-ci ildə Prezident İlham Əliyev Moskva Dövlət Beynəlxalq Münasibətlər institutun aspiranturasına daxil olmuş, 1985-ci ildə isə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsini almışdır.
1985-1990-cı illərdə o, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda müəllim kimi fəaliyyətini davam etdirmişdir. Yeni əsrin yeni lideri olan İlham Əliyev insanlara bilik vermək, elm öyrətmək kimi mühüm vəzifənin də öhdəsindən uğurla gəlmişdir.
1991-1994-cü illərdə özəl biznes sahəsində çalışan İlham Əliyev bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib. 1994-cü ildən 2003-cü ilin avqust ayınadək isə o, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əvvəlcə vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olub. İlham Əliyev Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsində fəal iştirak etmişdir.
Həyatını və fəaliyyətini xalqının taleyinə bağlayan Prezident İlham Əliyevin Azərbaycan siyasətinə gəlişi 1995-ci ilə təsadüf etdi. Belə ki, o, 1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinə üzv seçilmişdir. 1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidentidir. İdman və Olimpiya hərəkətinin inkişafında böyük xidmətlərinə görə Beynəlxalq Olimpiya Komitəsinin ali ordeni ilə təltif edilmişdir. 1999-cu ildə Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilib.
Prezident İlham Əliyevin diplomatiya sahəsində səriştə əldə etməsi və beynəlxalq nüfuzunun qazanması 2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri təyin olunması ilə başladı. O, 2003-cü ilin yanvar ayında Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilmişdir. Prezident İlham Əliyev 2004-cü ilin aprelində Avropa Şurası Parlament Assambleyasının fəaliyyətində fəal iştirakına və Avropa ideallarına sədaqətinə görə fəxri üzvü diplomu və AŞPA medalı ilə təltif edilmişdir. 2003-cü ildə Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsi ilə əlaqədar olaraq deputat səlahiyyətlərinə xitam verilmişdir.
Müstəqilliyimizin müəllifi və müasir dövlətimizin memarı Ulu Öndər Heydər Əliyevin xalqı qarşısındakı ən böyük xidmətlərindən biri də, Azərbaycanın gələcək taleyində əvəzsiz rolu, milləti və dövləti qarşısında müstəsna xidmətləri olan Prezident İlham Əliyev kimi böyük şəxsiyyət və müdrik bir lider yetişdirməsi olmuşdur.
“Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”- Ümummilli lider Heydər Əliyevin gələcəyə hesablanmış xalqımıza məs bu müraciətinin nəticəsi olaraq, xalqımız düzgün seçim etməklə, bu gün digər dövlət başçılarına örnək olan, böyük tarixi şəxsiyyət İlham Əliyevi 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçdi.
Düz 20 il bundan öncə Prezident İlham Əliyev öz növbəsində xalqına müraciət edərək, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyənə, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağına söz vermişdi. Bu gün o, verdiyi bütün vədləri, qarşısına qoyduğu bütün vəzifələr icra edib.
Xalqımızın dövlət başçısına inamının, sevgisinin, güvəninin belə yüksək səviyyədə olması Prezident İlham Əliyevin liderlik keyfiyyətləri, qətiyyətli olması, atdığı hər bir atdımın milli maraqlara xidmət etdiyindən irəli gəlir.
Aqil liderin rəhbərlik etdiyi Azərbaycan bu gün dünyanın siyasi arenasında seçilir. Ölkəmizlə hesablaşırlar, fikir və mövqeyinə hörmətlə yanaşırlar.
Ölkə başçısı İlham Əliyev Azərbaycan siyasi sisteminə rasional siyasi davranış modeli, məntiqi mühakimələrə və analitik təhlilə əsaslanan, mütərəqqi, pozitiv, milli məqsədlərə xidmət edən siyasi realizmə söykənən siyasi fəaliyyət nümunəsini tətbiq edərək, rasional şəraitdə rasional idarəçiliyin nə olduğunu siyasi arenaya nümayiş etdirdi. Həmçinin, öz fəaliyyəti və davranışı ilə siyasi sistemimizə siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı, milli siyasi etika nümunəsini təqdim etdi.
Xalqın böyük sevgisini qazanan Prezident İlham Əliyevin yürütdüyü, humanizm ideyalarına və milli dəyərlərə söykənən siyasət, müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət edir. Bu gün Prezidenti İlham Əliyevin xidmətləri sayəsində artıq dünyada tolerantlıq məkanı kimi tanınan Azərbaycanı mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanı kimi tanınır.
Turan Cəfərova
Xətai rayon İcra Hakimiyyəti-baş məsləhətçi