"Dəri bədənin ən böyük orqanıdır və bədəni bütün xarici faktorlardan qoruyur".
Azreform.info “Posta” qəzetinə istinadla xəbər verir ki, bu sözləri türkiyəli dermatologiya mütəxəssisi Dr. Oğuz Küçükçakır deyib. O, dərinin eyni zamanda bədənin güzgüsü olduğunu söyləyib.
Dermotoloq bildirib ki, daxili orqanların sağlamlığı, problemləri, xaricə əks olunması, əvvəlcədən verdiyi siqnalların çox vaxt dəridə özünü büruzə verir. Mütəxəssis hesab edir ki, bu səbəbdən dərimizi yaxşı tanımaq, onu izləmək, bədəndən gələn siqnalları yaxşı qiymətləndirmək lazımdır.
O.Küçükçakır sağlam və parlaq dəri üçün atılmalı olan addımları aşağıdakı kimi sıralayıb:
1. Gündə 8-10 stəkan su dərinin qurumasının qarşısını alır. Su sayəsində hüceyrələrimiz yenilənir və təmir olunur. Dərinin qurumasının qarşısını almaq üçün diqqət etməli olduğunuz ən əhəmiyyətli nöqtə bol su içməkdir.
2. Vitamin D3 depolanmalıdır. Bugünkü həyat səviyyəsinin nəticəsi olaraq, təəssüf ki, biz kifayət qədər D vitamini saxlaya bilmirik. Klassik vitamin D və ya D2 ilə yanaşı, xüsusilə D3 vitamini dəri tarazlığını və sağlamlığını qorumaq üçün ən əhəmiyyətli dəstəklərdən biridir.
3. Günəş kremi istifadə etmədən çölə çıxmayın. Dərisini cavan saxlamaq və təbii ki, dəri xərçəngindən qorunmaq istəyənlərin etməli olduğu tək şey yay və ya qış olmasından asılı olmayaraq qoruyucu faktoru ən azı 30 olan kremdən istifadə etməkdir.
4. Dərinin təmizləməyi unutmayın. Bu, ən vacib addımdır. Dərinizi müntəzəm olaraq, hər günün sonunda hərtərəfli təmizləməlisiniz.
5. Pambıq paltarlara üstünlük verin. Dərimizin sağlamlığı üçün dərimizə nə çəkdiyimizlə yanaşı, nə geyindiyimiz də önəmlidir. Dərinin tərləməsinə və quruluğunu artıran neylon, sintetik və yun paltarlar yerinə dərinin nəm saxlamasına kömək edən yumşaq pambıq paltarları seçməkdə fayda var. Bundan əlavə, qalın toxunmuş bir qatlı paltarlar tərləməyə səbəb ola biləcəyi üçün bir neçə nazik qat geyinməyə diqqət edin.
6. Ayda bir dəfə böyük güzgü qarşısında bədəninizdəki xalların ölçüsündə ani dəyişiklik olub-olmamasını, rəng pozğunluqları və fərqliliklərini yoxlayın.
7. Dərinizin sağlamlığını qorumaq, dəri xəstəliklərinin qarşısını almaq və erkən diaqnoz qoymaq üçün ildə bir dəfə mütəmadi olaraq dermatoloqa baş çəkməyi unutmayın.
8. Siqaret çəkməyin və siqaret çəkilən mühitlərdən uzaq durun.
9. Alkoqol və kofein istehlakını məhdudlaşdırın.
10. Daha çox bitki yönümlü qidalardan istifadə edin. Heyvan zülalları bədəndə daha çox iltihaba və vaxtından əvvəl qocalmaya səbəb olur.
11. Stresdən uzaq durun. Stres həm bədən, həm də dərinizə mənfi təsir göstərən xarici faktordur.
12. Mütləq öz dərinizə uyğun qulluq məhsullarından istifadə etməlisiniz. Dəriyə qulluq vasitəsi alarkən mütləq nəmləndirici kremin tərkibini oxumalı və təbii məhsullar seçməlisiniz.
13. Yuxu dərinizin yenilənməsi üçün çox vacib bir mərhələdir və əslində, qocalmanın əsas amillərindən biri hesab olunur. Hər gün ən az 7-8 saat yatmalısınız. Yuxu müddəti artdıqca təmir müddəti də artır. Daxili orqanlarımız kimi dərimiz də yenilənməyə ehtiyac duyur. Yaxşı yatın ki, dəriniz yenilənmək imkanı əldə etsin.
Billurə Yunus