ABŞ-də milyonda bir hadisə gerçəkləşdi

24
Dek
2023
06:42

ABŞ-də qadın iki gün ard-arda 2 uşaq dünyaya gətirib.

Azreform.info xəbər verir ki,  ikiqat uşaqlıqlı Kelsi Hatçer adlı qadın bir gün fərqlə iki dəfə uşaq dünyaya gətirib.

Mütəxəssislər qadınların 0,03 %-də ikiqat uşaqlıq müşahidə edildiyini deyiblər.  Bu halda əkiz körpə olma ehtimalı milyonda bir olur.

32 yaşlı Hatçer Alabama Universitetinin Xəstəxanasında uşaq dünyaya gətirib. O, dekabrın 21-də ilk qızını, 22-də isə ikinci qızını dünyaya gətirib.

Hatçer nadir hamiləlikdən və 20 saatdan çox çəkən doğuşdan sonra körpələri ilə birlikdə evə buraxılıb.

Hatçer sosial media hesabında ona qayğı göstərən həkim heyətinə təşəkkür edib və Yeni il tətilini qızları ilə birlikdə keçirəcəyini bildirib.

Qeyd edək ki, bundan öncə 2019-cu ildə Banqladeşdə ikiqat uşaqlığı olan qadının bir ay fərqlə əkiz uşaq dünyaya gətirdiyi bildirilir.