Rusiya ilə münaqişə danışıqlarla yekunlaşacaq, lakin ukraynalılar total səfərbərliyə hazırlaşmalıdırlar.
Azreform.info xəbər verir ki, bu sözləri Ukraynanın 3-cü xüsusi hücum briqadasının aviasiya və hava hücumundan müdafiə xidmətinin rəhbəri Vasili Samovar bildirib.
“2024-cü il 2023 və 2022-ci illərin cəmindən qat-qat çətin olacaq. İnanıram ki, bu münaqişə də dünyada hər hansı münaqişə kimi, danışıqlarla yekunlaşacaq”, - o deyib.
Samovar əlavə edib ki, Ukraynanın Rusiya qədər nə pulu, nə resursu, nə də səfərbərlik potensialı var:
“Buna görə də ukraynalılar total səfərbərliyə və çətin qışa hazırlaşmalıdırlar”.