Polşa Prezidenti o qanuna veto qoydu

24
Dek
2023
04:28

Polşa Prezidenti Anjey Duda dövlət mediasının maliyyələşdirilməsini nəzərdə tutan büdcə qanununa veto qoyub.

Azreform.info ” xəbər verir ki, bu barədə Duda sosial şəbəkədə bildirib.

“Mən dövlət mediası üçün 3 milyard zlotı (760 milyon dollar) daxil olan 2024-cü il büdcə qanununa veto qoymağa qərar verdim. Konstitusiyanın və demokratik hüquqi dövlət prinsiplərinin kobud şəkildə pozulmasına yol verilməməlidir”, – o yazıb.

Prezidentin sözlərinə görə, parlament çoxluğunun büdcə qanunu vasitəsilə dövlət mediasının maliyyələşdirilməsinə pul ayırmaq cəhdi qəbuledilməzdir.