Livanın paytaxtı Beyrutda leysan yenidən daşqınlara səbəb olub.
Azreform.info xəbər verir ki, leysan Beyrutun infrastrukturunda ciddi fəsadlar yaradıb.
Paytaxtın küçələrini su basıb, yağış suları yeraltı keçidlərə dolub, yollar bağlanıb. Çoxlu sayda avtomobil suyun altında qalıb. Şəhərdə qədim binanın da uçduğu bildirilir.