Berlin aeroportunda onlarla reys gecikir

23
Dek
2023
23:56

Villi Brandt adına Berlin-Brandenburq Beynəlxalq Hava Limanında (BER) proqram təminatı nasazlığı səbəbindən onlarla reys gecikir.

Azreform.info ” xəbər verir ki, bu barədə “Bild am Sonntag” qəzeti yazıb.

Nəşrin məlumatına görə, Milad bayramına bir gün qalmış onlarla təyyarə havaya qalxmağı gözləyir. Sərnişinlərə məlumat verilib ki, Berlin hava limanında proqram təminatında nasazlıq olub. Bir çox səyahətçi qar yağdığından baqajlarını təyyarəyə yerləşdirə bilməyib.

Qeyd edək ki, şənbə günü Berlində əlverişsiz hava şəraiti müşahidə olunur. Səhər saatlarından yağan yağış bəzi hallarda sulu qara keçir. Güclü külək vəziyyəti daha da ağırlaşdırır.