XİN: Terrorla mübarizədə Türkiyənin yanındayıq

23
Dek
2023
23:49

"Pençe-Kilit” əməliyyatında terrorçuların zərərsizləşdirilməsi zamanı qardaş Türkiyənin çox sayda şəhid verməsi xəbəri bizi dərindən sarsıtdı.

Azreform.info xəbər verir ki, bu barədə Azərbayacan Xarici İşlər Nazirliyi "X" hesabında paylaşım edib.

"Şəhidlərimizə rəhmət, yaralılara şəfa diləyirik. Hər zaman olduğu kimi, terrorla mübarizədə də Türkiyənin yanındayıq", - deyə qeyd olunub.