İsrail ordusunun Qəzzanın cənubundakı Rəfah bölgəsinə endirdiyi hava hücumu zamanı HƏMAS-ın hərbi qanadının təchizatından məsul olan rəsmisi ölüb.
Azreform.info xəbər verir ki, bu barədə “Tayms of İsrail” məlumat yayıb.
Məlumata görə, öldürülən Həsən əl-Atraş HƏMAS üçün silahların tədarükünə, eləcə də müxtəlif ölkələrdən Qəzza zolağına qaçaqmalçılıq yolu ilə silahların keçirilməsinə cavabdeh olub.