Milli Məclisin sabiq spikeri, hazırda ABŞ-də yaşayan Rəsul Quliyev növbədənkənar prezident seçkilərində Prezident İlham Əliyevi dəstəkləyəcəyini bəyan edib.
Azreform.info xəbər verir ki, o, fəxri lideri olduğu Gələcək Azərbaycan Partiyasının (GAP) qurultayına ünvanladığı məktubda partiya üzvlərini İlham Əliyevi dəstəkləməyə çağırıb.
Partiya onun təklifini qəbul edib. Beləliklə, GAP seçkilərdə Prezident İlham Əliyevin namizədliyini dəstəkləyəcək.
Qeyd edək ki, Azərbaycanda fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək. Seçkilərdə 7 nəfərin namizədliyinin irəli sürülməsi təsdiq edilib. Daha 8 nəfərin müraciətinə baxılacaq.