Qərb bölgəsində güclü külək fəsadlara yol açıb 

23
Dek
2023
19:28

Qərb bölgəsində güclü külək əsir, bəzi fəsadlar yaranıb.

Azreform.info "Report"a istinadla xəbər verir ki, axşam saatlarından başlayaraq Qərb bölgəsində güclü külək əsməyə başlayıb.

Bölgədə güclü külək səbəbindən ağaclar sınıb, təsərrüfata zərər dəyib.

Gəncə şəhərinin bəzi hissələrində elektrik enerjisinin verilməsi dayandırılıb. Yaxın rayonlarda da bəzi ərazilərdə elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Həmçinin mərkəzi meydanda quraşdırılan yolka aşıb. Qısapanma səbəbindən transformatorlardan birində yanğın da olub. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən maşınları cəlb olunub

Hazırda küləkli hava şəraiti davam edir.