Sumqayıtda 38 min abonentin qazı kəsilib

23
Dek
2023
19:14

Sumqayıtın 38 min abonentinin qazı kəsilib.

"Report" məlumat verir ki, Ceyranbatan ərazisində tırtıllı traktorun qaz xəttini zədələməsi nəticəsində abonentlərə qazın verilişində fasilələr yaranıb.

Sumqayıt Qaz İstismar idarəsindən bildirilib ki, problem bir neçə saat ərzində həll olunacaq.