41 yaşlı dünyaca məşhur braziliyalı model Adriana Lima estetik etdirməsi barədə iddialara cavab verib.
Azreform.info xarici KİV-ə istinadla xəbər verir ki, 2022-ci ilin avqustunda üçüncü övladını qucağına alan Lima tez-tez artıq çəki alması ilə gündəmə gəlirdi.
Son olaraq Los-Ancelesdə “Aclıq oyunları: quşların və ilanların mahnısı” filminin qala gecəsinə üzə çıxan model həm üslubu, həm də sifətindəki dəyişikliyi ilə hər kəsi təəccübləndirib.
42 yaşlı supedmodelin pərəstişkarları onun plastik əməliyyat etdirdiyini iddia ediblər.
Səssizliyini pozan model estetik etdirməsi ilə bağlı deyilənləri təkzib edib:
“Yeniyetmə bir qız, məktəbli yaşına çatan iki uşaq, hərəkətli oğlan uşağı, gəzməyə başlayan bir yaşlı uşaq və 3 iti sahibi olan bir ananının üzüdür. Diqqətinizə görə təşəkkür edirəm”, - deyə o söyləyib.
A.Lima "Harper's Bazaar" jurnalına verdiyi müsahibədə aşğıdakı sözləri deyib:
“Fotolar məni qətiyyən narahat etmədi. Düzünü desəm, bayıra çıxmazdan əvvəl özümə baxdım və əla hiss etdim. Uşaqlarımın yanında idim və onlar mənə baxıb "ana! Sən çox gözəlsən" dedilər.
İş ondadır ki, artıq 16 yaşım yoxdur. 16 yaşımda modelliyə başlamışam və bir daha 16 yaşım olmayacaq.
42 yaşım var və heç vaxt olmadığım qədər xoşbəxtəm. Yaşımla barışıram. Heç kimə görə özümü dəyişməyəcəyəm” - o söyləyib.
Billurə