Azyaşlı uşaqlar üçün siroplar qadağan edildi - Bu ölkədə

23
Dek
2023
18:35

Hindistanda 4 yaşından kiçik uşaqlara soyuqdəymə və öskürək kimi xəstəliklərin müalicəsində istifadə edilən siroplarının verilməsinə qadağa qoyulub.

Azreform.info BBC-yə istinadla xəbər verir ki, buna səbəb adı çəkilən ölkədə öskürək siropuna görə çox sayda uşağın dünyasını dəyişməsi olub.

Belə ki, “xlorfeniramin”maleat və fenilefrin qarışığı" sirop və tabletlər 4 yaşa qədər uşaqlar üçün qadağan edilib.

Qeyd edək ki, 2022-ci ildə Qambiya, Özbəkistan, İndoneziya, Kamerun və Hindistan kimi bəzi ölkələrdə Hindistan istehsalı olan öskürək siroplarından içən azı 141 uşaq ölüb.

Hindistanda isə 2019-2020-ci illərdə azı 12 uşağın bu qarışıqları ehtiva edən siropları içdikdən sonra həlak olduğu bildirilir.

Billurə Yunus