Şaxta baba şou göstərmək istədi, faciəvi şəkildə öldü  - VİDEO 

23
Dek
2023
17:49

Rusiyada Şaxta baba faciəvi şəkildə həlak olub.

Azreform.info xarici KİV-ə istinadla xəbər verir ki, hadisə Çelyabinskdə qeydə alınıb.

Belə ki, Şaxta baba kostyumu geyinmiş alpinist hündür binanın damından asdığı kəndirdən tutaraq uşaqlara hədiyyə vermək üçün eyvandan evlərə girməyə çalışıb. İplərin bir-birinə qarışması nəticəsində alpinist 24-cü mərtəbədən yıxılaraq dünyasını dəyişib.

Alpinistin tutduğu təhlükəsizlik kəndirlərini qarışdırdığı üçün müvazinətini itirərək yerə yıxıldığı təxmin edilir. Şaxta babanı aşağıdan izləyənlər onun yıxılmasının şounun bir hissəsi olduğunu düşünüblər.

Həmin anları izləyənlər arasında həlak olan alpinistin həyat yoldaşı və uşaqları da olub.
Şaxta babanın işlədiyi şirkət hadisəyə görə üzr istəyib və 25 yaşlı alpinistin təcrübəli mütəxəssis olduğunu bildirib.

Billurə