SSRİ Xalq artisti vəfat edib

23
Dek
2023
16:14

Sovet və rus bəstəkarı, dirijor, pedaqoq, ictimai xadim, SSRİ xalq artisti və Rusiya Federasiyasının Əmək Qəhrəmanı Murad Kazlayev 92 yaşında vəfat edib.

Azreform.info ” xəbər verir ki, bu barədə Dağıstan Respublika Mədəniyyət Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Təəssüf ki, Murad Kazlayev Dağıstanda dünyasını dəyişib”, - TASS departamentdən sitat gətirib.

Murad Kazlayev Azərbaycanda da sevilib və ölkəmizi sevib. "Azərbaycan mənə musiqi yazmağı öyrətdi", - deyə bəstəkar xatirələrində yazırdı.

1955-1958-ci illərdə Murad Kazlayev Mahaçqalada Çaykovski adına Musiqi Məktəbində dərs deyib, 1957-1958-ci illərdə Dağıstan Radiosu Simfonik Orkestrinin baş dirijoru, 1963-1964-cü illərdə Dağıstan Fiharikulunun bədii rəhbəri olub.

1965-ci ildə uzun illər populyar olan “Qunib” vokal-instrumental ansamblını yaradıb. 1989-2007-ci illərdə Mərkəzi Televiziya və Ümumittifaq Radionun Estrada Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru olub.

Murad Kazlayevin əsərlərinin siyahısına Rusiya, eləcə də Almaniya, ABŞ və İtaliyada buraxılan 25 diskdə toplanmış 350-dən çox ad daxildir. O, bəstəkar kimi şair Ruslan Qəmzətov və dirijor Camal-Eddin Dalqatla çalışıb.