3 rus döyüş təyyarəsi “Patriot”la vuruldu - Ukrayna

23
Dek
2023
15:07

Ukrayna ordusu ölkənin cənubundakı Xerson bölgəsində Rusiyaya məxsus 3 Su-34 tipli döyüş təyyarəsinin vurulduğunu açıqlayıb. 

Azreform.info xəbər verir ki, Ukrayna tərəfi Rusiya təyyarələrinin Patriot raketləri ilə vurulduğunu açıqlasa da, Rusiya tərəfindən bununla bağlı rəsmi açıqlama verilməyib. 

Ukrayna prezidenti Volodimir Zelenski təyyarələri vuran əsgərlərə təşəkkür edib. “Hər bir rusiyalı pilot bilməlidir ki, hər bir rusiyalı qatil bizim cavabımızla qarşılaşacaq və onların heç biri ədalətdən qaça bilməyəcək”, - Zelenski bildirib. 

Ukraynalı ekspert Valeriy Romanenko bildirib ki, Rusiya döyüş təyyarələrinin vurulmasında ABŞ istehsalı olan “Patriot” raketlərindən istifadə edilib.

Mürtəza
Azreform.info