Hollandiya Ukraynaya 18 ədəd F-16 qırıcısının göndəriləcəyini açıqladı
Azreform.info xbər verir ki, bununla bağlı Hollandiyanın baş naziri Mark Rutte bəyanat verib.
Hollandiyalı baş nazir təyyarələrin təhvil verilməsinin Hollandiya Xarici İşlər Nazirliyinin ixrac icazəsindən və Ukraynada kadr və infrastruktur meyarlarının yerinə yetirilməsindən asılı olduğunu deyib, lakin heç bir vaxt cədvəli açıqlamayıb.
ISW-nin məlumatına görə, F-16 qırıcılarının ilk partiyası Qərb tərəfdaşlarından Ukraynaya təxminən bir həftəyə, yəni 2023-cü ilin sonuna qədər çata bilər.
Mürtəza
Azreform.info