Balaca bloger valideynlərinin dəstəyi ilə "YouTube" kanalından 20 milyon dollardan çox pul qazanıb.
Azreform.info lent.az-a istinadən bildirir ki, indi 13 yaşı olan Rayanın hekayəsi unikaldır. Cəmi 7 yaşında o, platformanın ən gənc milyonçusu olub və 2018-ci ildə 22 milyon dollar qazanıb.
Onun uğuru sadədir: Rayan uşaqların xoşuna gələni edir - maşınlarla oynamaq, velosiped sürmək və kamera qarşısında oyuncaqları sökmək. Maraqlıdır ki, "Ryan's World" kanalının yaradılması ideyası Rayanın özündən gəlib. O, böyük maraqla valideynlərinə onun diqqət mərkəzində olacağı bir video çəkməyi təklif edib.
Cəmi bir il ərzində Rayan bütün dünyada milyonlarla uşağın qəlbini fəth edərək əsl ulduza çevrilib. Rayanın videoları milyonlarla baxış almağa davam edir və onun kanalı artıq 38 milyon abunəçini ötüb. Bu isə Hollandiya əhalisinin sayından xeyli çoxdur.