İsveç alimləri uzun illərdir inək südü ilə bağlı apardıqları araşdırmanı yekunlaşdırıblar.
Azreform.info xarici KİV-ə istinadla xəbər verir ki, beynəlxalq sağlamlıq jurnalı “BMC”də dərc olunan yeni araşdırmaya görə, hər gün süd içən qadınlar ürək xəstəliklərindən daha çox əziyyət çəkir.
Araşdırma nəticəsində məlum olub ki, o, mütəmadi olaraq inək südü içən qadınlarda infarkt riski yüksəkdir. Uppsala Universiteti tərəfindən aparılan araşdırmaya görə, davamlı süd içmək kişilərə eyni cür mənfi təsir göstərmir.
60 min qadın və 40 min kişinin üzərində aparılan araşdırmaya görə, hətta inək südü qəhvə ilə qarışdırılaraq içilsə belə, qadınların ürək xəstəliyi riskini 21% artırır.
Alimlər hesab edirlər ki, südün tərkibindəki laktoza ürəyə zərər verə biləcək iltihaba səbəb ola bilər.
Əvvəlki araşdırmalar inək südünün 2-ci tip diabet və Altseymer riskini artırdığını üzə çıxarmışdı.
Billurə Yunus