Xərçəng olan qadın özünü müalicə etdi, sağaldı

11
Noy
2024
13:07

2020-ci ildə döş xərçəngi diaqnozu qoyulan virusoloq Beata Helassi öz-özünü müalicə edib.

Azreform.info xarici KİV-ə istinadla xəbər verir ki, virusoloq qadın elə həmin il əməliyyat olunub və sol döşü götürülüb.

Bundan sonra o, kimyaterapiyaya dözə bilmədiyindən öz xəstəliyinə çarə axtarıb.
Helassi döş xərçənginin 3-cü mərhələsində onkolitik viroterapiya (OVT) adlanan üsulu özü üzərində sınaqdan keçirb və xərçəngə qalib gəlib.
49 yaşlı virusoloq xərçəng hüceyrələrinə hücum edən və immunitet sistemini mübarizəyə təşviq edən viruslar üçün istifadə edilən xərçəng müalicə üsullarından biri olan OVT-nin klinik araşdırmaları ilə maraqlanıb.

O, daha sonra öz laboratoriyasında virus yetişdirərək saflaşdırıb. Helassi qızılca virusunu döş xərçəngi üzərində sınaqdan keçirib.
Həkimin sözlərinə görə, bu virus uşaqlar üçün peyvəndlərdə də geniş istifadə edilir və vezikulyar stomatit virus (VS) tipində yüngül qripə bənzər simptomlar meydana gəlir.

Beata virusu birbaşa iynə ilə şişə yeridib və kimyaterapiya zamanı mütəxəssislər tərəfindən müayinə edilməsini istəyib.
Onun mülaicəsi işə yarayıb və şişlər əhəmiyyətli dərəcədə kiçilib. Şişin yerləşdiyi yerdə döş əzələsi və dəridən ayrılması cərrahi əməliyyat zamanı onun çıxarılmasını asanlaşdırıb. Helassi isə şişin kiçilməsindən sonra mütləq immun reaksiya ortaya çıxdığını  deyərək, əməliyyatdan sonra cəmi bir il xərçəngə qarşı dərman müalicəsi alıb.

OVT mütəxəssisi Stefen Russell viral inyeksiyaların şişi azaltmağa kömək etdiyini etiraf edib.

Özünü müalicə edən virusoloq isə bildirib ki, bu məsələdə onu ən çox narahat edən məsələ etik prinsipləri pozması olub.

Billurə Yunus