Mayonezin 2 əsas zərəri açıqlandı

23
Dek
2023
01:28

Mayonezdə olan doymamış yağ turşuları insanı tez qocaldır.

“Medicina” xəbər verir ki, terapevt Polina Lepilova bu məşhur sousun zərərindən danışıb.

“Müntəzəm olaraq mayonezli salat yeyənlərdə xroniki iltihab yaranır və bu da ən yaxşı halda tez qocalmaya səbəb olur.

Çünki hazır mayonezlərdə çox miqdar bitki yağı olur. Daha çox günəbaxan yağı istifadə edilir ki, bu yağda araxid və linol turşuları var.

Bu turşular normadan artıq qəbul edilərsə, orqanizmdə iltihabi prosesləri aktivləşdirir, bu isə gələcəkdə ürək xəstəliyindən tutmuş xərçəngə kimi səbəb olur.

Mayonezdə yumurta sarısı da çox istifadə olunur, bu da yağla zəngindir, qanda xolesterini artırır və damarları tutur.

Mayonezlərdə duz və şəkər də qatılır, bu da piylənmə və təzyiqə səbəbdir.

Bəs mayonezi nə ilə əvəz edək? Bunun üçün siz evsayağı mayonez hazırlaya bilərsiz.

Ev mayonezində yağ və yumurta sarısını az yağlı xama ilə əvəz edə bilərsiz.
Kolbasa əvəzinə salata suda bişmiş mal əti qatın.
Salatları duzlamayın”.