ABŞ Ədliyyə Nazirliyi İranın ölkənin yeni seçilmiş Prezidenti Donald Trampa qarşı sui-qəsd hazırlaması ilə bağlı ittiham irəli sürüb.
Azreform.info APA-a istinadən xəbər verir ki, bu barədə qurumun açıqlamasında deyilir.
ABŞ Federal Təhqiqatlar Bürosunun direktoru Kristofer Rey isə öz növbəsində iddia edib ki, İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-də qətllər təşkil etmək üçün guya cinayətkarlar və muzdlu qatillərlə əlbir olub.