Zelenski onu təyinatından dörd gün sonra işdən çıxardı

22
Dek
2023
23:14

Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin Antiinhisar Komitəsinin (AMCU) dövlət komissarı Maksim Sandıqanı təyinatından dörd gün sonra vəzifəsindən azad edib.

“Qafqazinfo” xəbər verir ki, müvafiq sərəncam Ukrayna Prezidentinin saytında dərc olunub.

Sərəncam dekabrın 22-də verilib, məmurun işdən çıxarılmasının səbəbləri göstərilməyib.