Zaqatalada daha bir yeni doğulan körpə ölüb.
Azreform.info qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə ötən gecə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində baş verib.
Rayonun Yuxarı Tala kənd sakini Pərvana Şahid qızı İsgəndərova 04.11.2024-cü il tarixində qeysəriyə yolu ilə körpə dünyaya gətirib. Ötən gecə yeni doğulan cinsi oğlan olan körpə Zaqatala RMX-nın doğum şöbəsində dünyasını dəyişib.
Xatırladaq ki, bu, bir həftə ərzində rayonda ikinci yeni doğulan körpə ölümüdür. Noyabrın 1-də Zaqatala Rayon Mərkəzi Xəstəxanasında körpə ölümü qeydə alınmışdı. Yengiyan kənd sakini 2000-ci il təvəllüdlü şəxsin doğuşu baş tutsa da, 3500 qr çəkidə ölü döl doğulub.