Bu restoranda müştərilər şillə yemək üçün əlavə pul ödəyir - VİDEO

22
Dek
2023
13:00

Yaponiyada fəaliyyət göstərən restoranlardan biri qeyri-adi xidməti ilə digərlərindən fərqlənir.

Azreform.info “gloob”a istinadla xəbər verir ki, Yaponiyanın Naqoya şəhərində yerləşən “Şaçihoko” adlı restoran müştərilərinə yeməklə yanaşı, həm də şillə vurmaq xidməti təklif edir.

Belə ki, restoranın milli geyimdə olan qadın ofisinatları müştərilərin üzünə 300 (təx. 4.50 AZN) yen qarşılığında şillə vurur. 

Sadəcə qadın ofisiantların şillə vurmasına icazə verilən restoranda bəzən müştərilər zərbənin şiddətindən yerə yıxılırlar.

Yanaqlarının qızarmasını istəyən müştərilər isə əlavə 500 yen (təx.5.97 AZN) ödəməli olur. 

Bu qeyri-adi xidmətlə iş yerini müflis olmaqdan xilas edən restoran sahibləri şillə yemək istəyən müştərilər üçün xüsusi işçilər də götürüb. Turistlər və restoranın daimi müştəriləri sözügedən xidmətdən zövq aldıqlarını deyirlər. 

Billurə