Xaçmazda rəfiqələr meşədə göbələk yedi, biri öldü

29
Okt
2024
09:42

Xaçmaz rayonunda iki qadın göbələkdən zəhərlənib.

Azreform.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Seyidli kəndində baş verib.

1977-ci il təvəllüdlü İlahə Bayramova və rəfiqəsi Günel Abdullayeva rayonda qonaq olarkən meşə sahəsində topladıqları göbələkdən yeyiblər. Daha sonra onlar zəhərlənmə diaqnozu ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər. Qadınlar oradan Bakıdakı Kliniki Tibbi Mərkəzə göndərilərkən İ.Bayramova yolda vəfat edib.

Faktla bağlı araşdırma aparılır.