Çili sahillərində güclü zəlzələ olub

22
Dek
2023
04:49

Çili sahillərində 5,8 bal maqnitudada zəlzələ qeydə alınıb.

Azreform.info , bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri 24 min insanın yaşadığı Tokopilya şəhərindən 18 km şimal-qərbdə, ocağı 69 km dərinlikdə yerləşib.

Dağıntı və ya tələfat, sunami təhlükəsi barədə məlumat verilmir.