İsrail Qəzzada HƏMAS-a məxsus hərbi infrastrukturu məhv edib.
Azreform.info xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
“Yaalom mühəndis bölməsi Qəzza şəhərində HƏMAS-ın elit məhəlləsində yeraltı tunellər şəbəkəsini məhv edib”, - məlumatda bildirilir.
Qeyd edilir ki, dekabrın 20-də Qəzza şəhərində HƏMAS-ın hərbi və siyasi rəhbərliyinə məxsus sığınacaqları və qərargahları birləşdirən böyük strateji yeraltı tunellər şəbəkəsi aşkarlanıb.