Finlandiya Ukraynaya 106 milyon avro dəyərində 21-ci hərbi yardım paketini göndərəcək.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkə hökumətinin saytında bildirilir.
“Finlandiya Ukraynaya əlavə hərbi texnika göndərir. Hökumətin təklifi ilə 2023-cü il dekabrın 21-də respublika Prezidenti bu qərarı təsdiqləyib”, - məlumatda deyilir.
Qeyd edək ki, Finlandiya hakimiyyəti daha əvvəl bəyan etmişdi ki, onlar Ukraynaya hərbi dəstəyi dayandırmaq niyyətində deyillər.