Şirvanda mikroavtobus krana çırpılıb -  xəsarət alanlar var

21
Dek
2023
19:35

Şirvanda mikroavtobus qaldırıcı krana çırpılıb, xəsarət alanlar var.

Azreform.info “Report"a istinadla xəbər verir ki, hadisə Salyan-Şirvan avtomobil yolunun şəhərin hacıqəhrəmanlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan mikroavtobus yolun kənarında dayanan qaldırıcı kranla toqquşub, nəticədə azı üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.