İran və İsrail mediası diqqətçəkən iddia irəli sürüb.
Azreform.info xarici KİV-ə istinadla xəbər verir ki, İran İnqilab Keşikçiləri Qvardiyasının gənc və gözəl qadınlara xüsusi təlim keçdiyi və bu qadınların sosial media vasitəsilə İsrail ordusunun üzvlərindən məlumat aldığı bildirilib.
Xüsusi təlim keçmiş qadınların əldə etdikləri məlumatları HƏMAS-a ötürdükləri də iddia edilib.
Həmçinin xəbərdə "İran İnqilab Keşikçiləri ikiüzlüdür. Onlar öz ölkələrində gənc qadınları əxlaqsızlıqda ittiham edib cəzalandırdığı halda sosial mediada kişiləri şirnikləndirmək üçün də iranlı qadınlardan istifadə edirlər" deyə qeyd olunub.
Xəbərdə xüsusi təhsil alan qadınların kimliyi, paylaşdıqları foto və videolar dərc olunub.
"Təlim xüsusilə ivrit dilini bilən qadınlara keçirilir. Ən azı 22 saxta profilin yaradıldığı qeyd edilib", - mediada yer alan xəbərlərdə deyilir.
Günay