Müharibəyə getməmək üçün özünü qadın edən kişi saxlanıldı

21
Dek
2023
19:00

Ukrayna sərhədçiləri ölkədən çıxmaq istəyən kişini saxlayıb.

Bakupost.az xəbər verir ki, Dövlət Sərhəd xidmətinin Qərb regional idarəsinin rəhbəri İqor Matviyçuk tibbi sənədlərdə uyğunsuzluqdan şübhələndiklərini bildirib.

“Əslində adı Anton olan vətəndaş VVAQ orqanlarından sənəd alaraq, guya cinsiyyətini dəyişdiyini təsdiqlədib. Anton çevrilib olub Tonya. Qadın kimi geyinən kişi sərhədçiləri azdıra bilməyib. Əslində isə o heç bir cins dəyişmə etməyib, fiziki olaraq, kişidir. Sadəcə, sənədləri saxtalaşdırıb”.

Matviyçukun sözlərinə görə, belə faktlar Ukraynada ilk deyil.

Cəbhədən yayınmaq üçün kişilər əlil və ya çoxuşaqlı qadınla saxta nikaha girir, həmçinin humanitar yük karvanları ilə sərhədi keçməyə çalışır.