Xırdalanda manevr qaydasını pozan sürücü iki dəfə qəza şəraiti yaradıb.
Avtosfer.az xəbər verir ki, hadisə dekabrın 20-də Heydər Əliyev prospektində baş verib.
Belə ki, 99-GV-377 qeydiyyat nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü iki dəfə sol zolağa keçən zaman görüntünü qeydə alan sürücüyə təhlükə yaradıb.
Görüntüdən də aydın şəkildə görünür ki, o, manevr edəcəyi ilə bağlı nə dönmə işığını yandırır, nə də güzgüyə baxır.