Xaricdə yaşayan ukraynalı kişilər də hərbi xidmətə çağırılacaq

21
Dek
2023
18:07

Ukraynanın müdafiə naziri Rustem Umerov xaricdə yaşayan ukraynalı kişilərin gələn il orduya çağırılacağını bildirib.

Azreform.info xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə nazir Almaniyanın “Axel Springer” qrupuna aid qəzetlərə açıqlama verib.

 “Hər kəsə qarşı ədalətli olmaq istəyirik. Dəvət göndərəcəyik. Onların da gəlib orduda xidmət etmək hüququ var".

Belə ki, xaricdə yaşayan 25-60 yaş arası kişilərə çağırış göndəriləcək.

O, çağırışa əməl etməyənlərin cəzalandırılacağını, lakin bunun necə ediləcəyi ilə bağlı çalışmaların davam etdiyini vurğulayıb.

Hazırda Almaniyada hərbi xidmət üçün uyğun olan təxminən 190 min ukraynalı kişi yaşayır.

Günay