Düşmən nüvə silahı ilə təxribat törədərsə, Şimali Koreya nüvə zərbəsi endirməkdən çəkinməyəcək.
Azreform.info xəbər verir ki, belə bir bəyanatla Şimali Koreya lideri Kim Çen In çıxış edib.
Onun sözlərinə görə, Şimali Koreyanın bu həftə qitələrarası ballistik raket buraxması, bu hazırlığın göstəricisidir.
Dekabrın 18-nə keçən gecə Şimali Koreya “Hwasong-18” qitələrarası ballistik raketini buraxıb. KXDR lideri bunu “düşmən qüvvələrə siqnal” və Birləşmiş Ştatların “səhv qərar” verəcəyi təqdirdə hərəkətə keçməyə hazır olduğunun nümayişi adlandırıb.
Dekabrın 20-də Ağ Evin strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki, ABŞ Şimali Koreya ilə ilkin şərt olmadan, o cümlədən Koreya yarımadasının nüvəsizləşdirilməsi məsələsi üzrə danışıqlara hazırdır. Cənab Kirbi bildirib ki, Şimali Koreya bu təklifi qəbul etməyib.
Mürtəza
Azreform.info