Borel: Aİ ABŞ-nin Qırmızı dənizdəki əməliyyatına qoşulacaq

21
Dek
2023
11:42

Avropa İttifaqına (Aİ) üzv dövlətlər Qırmızı dənizdə gəmilərin sərbəst hərəkətinə və  mühafizəsinə nail olmaq üçün Amerikanın “Prosperity Guardian” (Rifahın mühafizəçisi) əməliyyatında iştirak etmək qərarına gəliblər. 

Azreform.info xəbər verir ki, bu barədə Aİ diplomatiyasının rəhbəri Cosef Borel X (kemiş tvitter) sosial şəbəkəsində bildirib. 

Onun sözlərinə görə, husilərin hərəkətləri bu ərazidə gəmilərin sərbəst hərəkətini təhdid edir. “Aİ Atalanta əməliyyatı vasitəsilə “Prosperity Guardian” əməliyyatına töhfə verməyə razılaşıb”, - Borel qeyd edib.

Dekabrın 19-da Pentaqon rəhbəri Lloyd Austin Qırmızı dənizi husilərdən qorumaq üçün çoxmillətli əməliyyata başladığını elan edib.

Mürtəza
Azreform.info