ABŞ-ın kommersiya neft ehtiyatları həftə ərzində 2,9 milyon barel artaraq dekabrın 15-nə 443,7 milyon barel təşkil edib.
Musavat.com xəbər verir ki, bu barədə ölkənin Energetika Nazirliyi məlumat yayıb.
Nazirlik aydınlaşdırıb ki, cari ehtiyat səviyyəsi ilin bu dövrü üçün xarakterik olan son beş ildəki orta göstəricidən təxminən 1 faiz aşağıdır.
ABŞ-da ehtiyatların artması xəbəri dünya bazarında neft qiymətlərinə demək olar ki, təsir etməyib. Qırmızı dənizlə neft daşımalarının dayandırılması təhlükəsi fonunda Londonun ICE birjasında Brent markalı neftin fevral fyuçersləri 0,9 faizartaraq bir barelə görə 79,98 dollara, WTI markalı neftin fevralda çatdırılma fyuçerslərinin dəyəri isə 1,12 faiz artaraq 74,72 dollara çatıb.