İsrailli iş adamlarını öldürməyi planlaşdıran iranlılar həbs edildi

20
Dek
2023
23:35

Kipr hökuməti “Mossad” ilə birlikdə keçirdiyi əməliyyat zamanı israilli iş adamlarını hədəfə almağa çalışan və SEPAH-la birbaşa əlaqəsi olan iki iranlını həbs edib.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

Adının açıqlanmasını istəməyən Kipr rəsmisinin məlumatına görə, bu iki iranlı şəxs noyabrın 3-dən polis nəzarətindədir və onların deportasiya prosesi davam edir.

Qeyd olunub ki, polislər şübhəliləri iki həftə müddətində izləyib və qətli törətmək üçün hərəkətə keçdiklərində onları həbs ediblər.
Kipr rəsmisinin sözlərinə görə, iranlılar ölkənin türklər yaşayan bölgəsində daha iki nəfərlə əlaqə saxlayıblar. Bildirilib ki, bu iki şəxs də SEPAH-a çalışır, lakin hələlik onların kimlikləri barədə dəqiq məlumat yoxdur.