İmişlidə yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər xəsarət alıb

20
Dek
2023
23:14

İmişlidə yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər xəsarət alıb.

"Report"un bölgə müxbiri xəbər verir ki, hadisə saat 18 radələrində İmişli şəhəri, Heydər Əliyev prospektində qeydə alınıb.

"Niva" markalı abtomobil və "Mercedes" markalı minik maşını toqquşub. Xəsarət alanlar - İmişli sakinləri Rəhman Hüseynov,
Sərvan Gülməmmədov və Maşallah Əmirov Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.