Şok: Ukraynalı döyüşçülər Qəzzada - VİDEO

20
Dek
2023
21:56

Ukraynalı hərbçilərin Qəzzadakı hərbi əməliyyatlarda İsrail tərəfdən döyüşməsi faktı ortaya çıxıb.

Azreform.info xəbər verir ki, bununla bağlı “Quds News” video paylaşıb. Videodan da aydın görünür ki, Qəzza zolağındakı şəhərlərin birində ukraynalı hərbçilər divara “Slava Ukraina”, “Mama ya v Qazze” kimi şüarlar yazıblar.

Bununla belə, divarda Ukraynanın simvolu da çəkilib. Habelə yayımlanan videoda ukraynalı hərbçilər rus və Ukrayna dilində danışır. Əsgərlər arasında danışıqlardan bəlli olur ki, yoldaşlarından biri zədə alıb. 

Ukraynalı hərbçilərin Qəzzada necə peyda olması çoxlarını düşündürür. 

Mürtəza
Azreform.info