NATO generalından şok: Ukrayna ərazilərini Rusiyaya verəcək

20
Dek
2023
19:35

Ukraynanın sülh naminə ərazilərini Rusiyaya verməli olacaq.

Azreform.info xəbər verir ki, belə bir bəyanatla NATO strukturlarında xidmət etmiş portuqaliyalı general Joao Vieira Borges Polşanın ONET nəşrinə müsahibəsində çıxış edib.

“Ukraynanın ərazi güzəştləri Rusiya ilə sülh prosesinin bir hissəsi olacaq, əks halda Moskva heç bir saziş imzalamayacaq”, - NATO generalı qeyd edib.

O hesab edir ki, yaxın gələcəkdə Kiyev davam edən münaqişə və Qərb müttəfiqlərinin köməyinin azalması səbəbindən ərazi güzəştlərinə getməyə məcbur olacaq.

Dekabrın 19-da isə  prezident Volodimir Zelenski mətbuat konfransı zamanı Rusiya ilə danışıqlar məsələsinin hazırda aktual olmadığını deyib. 

Rusiya prezidenti Vladimir Putin isə dekabrın 19-da Müdafiə Nazirliyinin kollegiyasının genişləndirilmiş iclasında bildirib ki, Rusiya xüsusi hərbi əməliyyatın məqsədlərindən əl çəkmək niyyətində deyil.

Mürtəza
Azreform.info