Məhkəmə Trampın prezident seçkilərində iştirakını qadağan edib

20
Dek
2023
15:49


Kolorado Ali Məhkəməsi ABŞ-nin keçmiş prezidenti Donald Trampın ştatda prezidentliyə namizədliyini irəli sürməsini qadağan edib. 

Azreform.info CNN-ə istinadən xəbər verir ki, qərar qüvvəyə minərsə, o, Kolorado bülletenində görünməyəcək. 

Məhkəmə ABŞ Konstitusiyasının məmurların üsyanda iştirak etdikləri təqdirdə dövlət vəzifələrində işləməsini qadağan edən 14-cü düzəlişinə istinad edərək müvafiq qərarı verib.

Kolorado Ali Məhkəməsinin qərarı 6 yanvar 2021-ci il hadisələrini, cənab Trampın seçkilərdə məğlubiyyətini tanımayan tərəfdarlarının Kapitoliyə hücumunu üsyan kimi tanıyır.

Qeyd edək ki, ABŞ-nin keçmiş prezidenti Donald Trampın komandası Kolorado Ali Məhkəməsinin keçmiş Amerika liderinin yerli seçkilərdə iştirakdan kənarlaşdırılması qərarını səhv hesab edir və bundan apellyasiya şikayəti verəcək.

Mürtəza
Azreform.info