Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində Xankəndi şəhər stadionunda baş tutacaq “Qarabağ” - MOİK oyununu izləyəcək Ağdam klubunun azarkeşlərinin sayı məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, sabah keçiriləcək qarşılaşmada sevimli komandalarını dəstəkləmək üçün Ağdam təmsilçisinin 700-dən çox fanatı Xankəndiyə yollanacaq.
Qeyd edək ki, matç saat 14:00-da başlayacaq. Bu, işğaldan azad olunduqdan sonra Xankəndidə keçiriləcək ilk futbol qarşılaşması olacaq.